hia.az
hia.az

Dünya üzrə meymunçiçəyinə 257 yolxuma halı aşkarlanıb

216 dəfə baxılıb 30-05-2022, 14:36

Dünya üzrə meymunçiçəyinə 257 yolxuma halı aşkarlanıb


Dünyada 23 ölkədə 257 təsdiqlənmiş və 120 şübhəli meymun çicəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilat qeyd edir ki, xəstəlik üçün endemik olmayan bir neçə ölkədə yoluxma hallarının qəfil və eyni vaxtda ortaya çıxması virusun "müəyyən müddət ərzində aşkar edilməmiş" formada mövcud ola biləcəyini göstərir.

ÜST əksər hallarda xəstəlik və endemik ərazilərə səyahət arasında heç bir əlaqə aşkar edilmədiyini də bildirir.

Mayın 13-dən etibarən meymun çiçəyi xəstəliyi 23 qeyri-endemik ölkədə aşkar edilib. ÜST qeyri-endemik ərazilərdə müşahidə genişləndikcə yeni halların ortaya çıxacağını gözləyir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi