hia.az

Ərdoğan Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

349 dəfə baxılıb 17-03-2022, 14:53

Ərdoğan Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Parlamentinsesi.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, görüşdə Ukrayna-Rusiya müharibəsindəki son hadisələr müzakirə edilib.

Ərdoğan görüşdə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün diplomatiya sahəsində sıx səy göstərdiklərini, ən qısa zamanda atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin fayda vermədiyini bildirib.

Türkiyə lideri Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti Vladimir Putini bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib .

Həm Ukraynada, həm də qonşu ölkələrdə ukraynalılara humanitar yardım çatdırmaqda davam etdiklərini bildirən Ərdoğan humanitar dəhlizlərin effektiv işləməsinin vacibliyini vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi