hia.az
hia.az

Azərbaycanda bəzi səhmlər təkrar hərraca çıxarılacaq

234 dəfə baxılıb 18-01-2022, 10:42

Azərbaycanda bəzi səhmlər təkrar hərraca çıxarılacaq

Fevralın 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) təkrar pul hərracı keçirəcək. Sputnik Azərbaycan qurumun saytına istinadla xəbər verir ki, hərracda "Bərdə Mexaniki Təmir", "Beyləqan Buzxana", "Salyan Broyler", "Tovuz Məişət", "Goranboy Aqrotexservis" və "Zaqatala Fındıq" ASC-lərin səhmləri satışa çıxarılacaq.

Sifarişlər İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalana qədər qəbul olunacaq.

Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi