hia.az
hia.az

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana təşəkkür edib

291 dəfə baxılıb 3-01-2022, 12:40

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana təşəkkür edib
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının peyvənd bərabərliyi qətnaməsini dəstəkləyib.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin adından qeyd edilən bəyanatda deyilir.

“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri kimi dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvənd təmin etmək üçün qlobal səylərdə liderlik rolunu davam etdirəcək. BMT Baş Assambleyasının 76-cı prezidentinin Yeni il qətnaməsinə qoşuluram. Mən peyvənd bərabərliyini dəstəkləyirəm”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin tviterdəki hesabındakı paylaşımda yazılıb.

BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə peyvənd bərabərliyi qətnaməsinə verdiyi dəstəyə görə təşəkkür edib.

“Səfir Yaşar Əliyev, peyvənd bərabərliyinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm”, - onun tviterdəki hesabında bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi