hia.az
hia.az

Generaldan hərbçilərin təltif edilməsi ilə bağlı AÇIQLAMA

285 dəfə baxılıb 1-01-2022, 14:34

Generaldan hərbçilərin təltif edilməsi ilə bağlı AÇIQLAMA

“Vətən müharibəsində aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”.

Bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Vətən müharibəsində zəfər işğalı sonlandırıb, torpaqlarımız işğaldan azad edilib: “Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcu sırasındadır”.

Müharibədə qəhrəmanlıq, igidlik, şücaət göstərmiş hərbi qulluqçuların döyüş yolunun öyrənilməsi, ümumiləşdirilməsi və şəxsi heyət arasında təbliğ edilməsi də ideoloji işin tərkib hissələrindəndir: “Vətən müharibəsinin gedişi, döyüşlərin nəticələri, ayrı-ayrı rayonların işğaldan azad edilməsi, döyüş təcrübəsi və qələbələrin əldə edilməsi müxtəlif hərbi qurumlar tərəfindən öyrənilir, təhlil edilir, öyrənildikcə yeni faktlar aşkarlanır. Aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi