hia.az

Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır

7 dəfə baxılıb Bu gün, 14:56

Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır

Ermənistan yeni nüvə enerji blokunun seçilməsi istiqamətində işləri davam etdirir və hökumət bu məsələyə 2027-ci ildə aydınlıq gətirməyi planlaşdırır.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət başçısı yanında Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında bildirib.

Paşinyan vurğulayıb ki, yeni enerji blokunun inşası hazırkı Ermənistan Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismardan çıxarılmasından sonra ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün zəruridir.

"Ermənistanda fəaliyyətdə olan enerji bloku istismardan çıxarıldıqdan sonra onu əvəz edəcək yeni nüvə enerji blokunun istifadəyə verilməsi son dərəcə aktual və vacibdir. Bu, gələcəkdə ölkəmizin təhlükəsizliyini təmin etməyə imkan verəcək yeganə yoldur", - Paşinyan bildirib.

Baş nazir həmçinin Ermənistan AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması üzrə işlərin gedişi barədə məlumat verib. Blokun ilkin layihə üzrə istismar müddəti 2016-cı ildə başa çatıb, bundan sonra hökumətin qərarına əsasən, həmin müddət 10 il müddətinə uzadılıb. İndi isə istismar müddətinin yenidən - 2026-cı ildən 2036-cı ilə qədər uzadılması barədə qərar qəbul edilib.

O qeyd edib ki, zəruri texniki tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 160 milyon dollar ayrılıb, həmçinin nəzərdə tutulan işlərin təxminən 60 %-i artıq yerinə yetirilib, qalanları isə davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi