hia.az

UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb

1 dəfə baxılıb Bu gün, 14:19

UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub.

Bakı Olimpiya Stadionunda baş tutan oyunda tribunalarda 66321 tamaşaçı əyləşib.

Bu göstərici ilə qarşılaşma azarkeş sayına görə turun üçüncü pilləsində qərarlaşıb.

Birinci sırada İspaniyanın "Real" klubunun Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdiyi görüş yer alıb. Madriddəki bu oyunu 76176 azarkeş izləyib.

İkinci yerdə isə İtaliyanın "İnter" klubu ilə Almaniyanın "Ştutqart" kollektivi arasındakı duel (2:0) qərarlaşıb. Bu matçda 74003 tamaşaçı tribunalarda olub.

Qeyd edək ki, "Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi