hia.az

"The Telegraph": Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır

5 dəfə baxılıb Bu gün, 12:20

"The Telegraph": Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır

Ukrayna Krım körpüsünü tamamilə dağıtmaq məqsədilə ora yeni zərbələr endirməyə hazırlaşır.

Bu barədə "The Telegraph" məlumatlı hərbi mənbələrə istinadən bildirib.

"Prezident (Ukraynanın prezidenti -red.) onun tamamilə məhv edilməsini istəyir", - nəşrin həmsöhbəti bildirib və yeni hücumların hazırlandığını əlavə edib.

Qəzetin məlumatına görə, Volodimir Zelenski hərbi komandanlığa keçidin qalan hissəsinin dağıdılmasını istədiyini bildirib.

"The Telegraph"ın məlumatına görə, noyabrın 18-i Ukrayna pilotsuz uçuş aparatları və qanadlı raketləri körpüyə zərbələr endirib. Nəticədə dördzolaqlı avtomobil yolunun bir hissəsi və onu saxlayan tağ Kerç boğazına uçub.

Ukrayna kəşfiyyatı bildirib ki, "Neptun" raketləri həmçinin keçidin dəmir yolu hissəsinə ciddi ziyan vurub.

Nəşr qeyd edib ki, əməliyyat 11 müxtəlif silah sisteminin tətbiqini əhatə edib və körpü ətrafında Rusiyanın müdafiəsini zəiflətmək üzrə yeddimərhələli kampaniyanın yekunu olub.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Neptun" kompleksləri ilə təchiz olunmuş raket briqadası hücumda iştirak edib, növbəti gecə isə dəmir yolu aşırımına təkrar zərbə endirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi