hia.az

Gürcüstanda saxlanılan "Beşiktaş"ın 16 azarkeşi sərbəst buraxılıb - YENİLƏNİB

0 dəfə baxılıb Bu gün, 13:06

Gürcüstanda saxlanılan "Beşiktaş"ın 16 azarkeşi sərbəst buraxılıb - YENİLƏNİB


Gürcüstanda saxlanılan “Beşiktaş” azarkeşləri sərbəst buraxılıb.

Türkiyə mediasının xəbərinə görə, Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş”-“Hapoel Beer-Sheva” matçında baş verən insidentdən sonra saxlanılan 16 “Beşiktaş” azarkeşi Gürcüstanla aparılan danışıqlar nəticəsində sərbəst buraxılıb.

***

Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Sheva” komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, azarkeşlərin bir hissəsinin təxribatçı və zorakı hərəkətləri zamanı stadionun infrastrukturuna, o cümlədən oturacaqlara ziyan dəyib, həmin oturacaqları polis əməkdaşlarına atıblar.

Bildirilib ki, qarşıdurmanın qarşısını almaq, vəziyyəti sakitləşdirmək və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə polis xüsusi vasitələrdən istifadə edib. Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, qanunsuz hərəkətlərdə iştirak edən 16 nəfər saxlanılıb.

Qeyd edək ki, “Beşiktaş” və “Hapoel Beer-Sheva” arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.(Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi