hia.az

Şavkat Mirziyoyev Azərbaycanla elektron qaimələrin qarşılıqlı tanınmasını sürətləndirməyi tapşırıb

3 dəfə baxılıb Bu gün, 10:37

Şavkat Mirziyoyev Azərbaycanla elektron qaimələrin qarşılıqlı tanınmasını sürətləndirməyi tapşırıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan, Türkmənistan və Gürcüstanla elektron yük sənədlərinin qarşılıqlı tanınması haqqında razılaşmaların təsdiqi prosesini başa çatdırmağı tapşırıb.

"Report" Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadovun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir ki, bunu Ş.Mirziyoyev nəqliyyat-logistika sahəsində investorlar və sahibkarlarla görüşündə bildirib.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən böyük quru limanına çevrilməsi üçün bütün imkanlar mövcuddur:

"Hazırda Orta Dəhlizin potensialından tam şəkildə istifadə olunmur. Məsul şəxslərə Azərbaycan, Türkmənistan və Gürcüstanla elektron yük sənədlərinin qarşılıqlı tanınması barədə razılaşmaların təsdiqi prosesini başa çatdırmaq tapşırılıb".

O, həmçinin Özbəkistandan Xəzər və Qara dəniz, Şərqi Çin dənizi limanlarına və Baltikyanı ölkələrə blok qatarlarının hərəkətini təşkil etməyi, eləcə də bu imkanlar barədə sahibkarları məlumatlandırmağı tapşırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi