hia.az

Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb

2 dəfə baxılıb Bu gün, 13:31

Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb

Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, M. Rəhmanov rayon ərazisində yerləşən restoranlarda keçirilən toy məclislərinə daxil olaraq qonaqların mobil telefonlarını oğurlayıb. O, məclislərdə iştirak edən şəxslərlə heç bir tanışlığı olmadığı halda restoranlara daxil olub, masaların ətrafında gəzərək qonaqları müşahidə edib. Məclis iştirakçılarından hər hansı biri rəqs etmək üçün masadan uzaqlaşdıqda isə masanın üzərindəki mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.

Araşdırma zamanı onun iki nəfərə məxsus, ümumi dəyəri 3300 manat olan mobil telefonları oğurladığı, daha sonra hər iki telefonu ümumilikdə 710 manata satdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.

M. Rəhmanov məhkəmənin qərarı ilə həbs edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi