hia.az
hia.az

Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş veriləcək

193 dəfə baxılıb 17-11-2021, 15:48

Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş veriləcək

“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”.

Bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə döyüşlərdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməsi nəzərdə tutulub və bu, layihədə əksini tapıb. Maliyyə naziri dedi ki, bu qanunun maliyyə mənbəyi yüksəkdir”, - o vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi