hia.az
hia.az

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib

83 dəfə baxılıb 3-05-2024, 09:37

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib


Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarıının azad olunan ərazilərə səfəri başlayıb.

"Report"un Füzuliyə ezam edilmiş əməkdaşı xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qarşılayıb.

Onları forum çərçivəsində Ağdamda keçiriləcək "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyaya qatılacaqlar.

Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.

Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat və digər qonaqların məruzələri dinləniləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi