hia.az
hia.az

Hakimlərin maaşının artırılması təklif olundu

32 dəfə baxılıb 17-05-2024, 17:40

Hakimlərin maaşının artırılması təklif olundu

Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur.

Bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli Indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin hayata keçirilməsinə dair 2024-cü II üzrə Yol Xəritəsi" layihəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda çıxış edib.

İşçi qrupunun üzvləri tərəfindən də sözügedən yol xəritəsində hakimlərin əməkhaqqının artırılmasının diqqətdə saxlanması təklif olunub.

Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi İşçi qrupunun rəhbəri Toğrul Hüseynov isə bu məsələnin müzakirə mövzusu olduğunu bildirib.

O qeyd edib ki, yol xəritəsinin layihəsinin müzakirəsi davam edir: "Düşünürəm ki, bu məsələyə gələcəkdə aidiyyəti qurumlar tərəfindən baxıla bilər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi