hia.az
hia.az

Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb

55 dəfə baxılıb 16-05-2024, 11:13

Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb


Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 milyard 706 milyon 860,61 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistikası məlumat yayıb.

Məlumata görə, ötən 4 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 758 milyon 782,82 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 18,3 % çox, dəyəri isə 2 dəfə azdır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 33,77 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi