hia.az
hia.az

Ərdoğan: Bizə dərs keçməyə çalışan Qərbin Afrikada nələr törətdiyini yaxşı bilirik

74 dəfə baxılıb 17-05-2024, 16:21

Ərdoğan: Bizə dərs keçməyə çalışan Qərbin Afrikada nələr törətdiyini yaxşı bilirik

Bizə ədalət dərsi keçmək istəyən Qərb ölkələrinin Afrikada nələr etdiklərini çox yaxşı bilirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kənd təsərrüfatı ekosistemləri ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bəzi güclər bir damla nefti bir damla qandan üstün tuturlar: “Bəzi güclər təbii sərvətləri mənimsəmək üçün hər şey etdilər, Avropadan Afrikaya hücum etdilər. Onlar Afrikanı taladılar, sərvətləri Avropaya daşıdılar, çevriliş etdilər. Həmin ölkələri özlərindən asılı vəziyyətə saldılar”.

R.T.Ərdoğan söyləyib ki, bütün bunlar yeraltı və yerüstü sərvətləri mənimsəmək üçün aparılır.

Türkiyə lideri, həmçinin qeyd edib ki, bu gün Asiya, Amerika, Şimali Afrika və Orta Şərq kimi bir çox regionda baş verən toqquşmaların səbəbi su mənbələri ilə bağlıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi