hia.az
hia.az

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

47 dəfə baxılıb 16-05-2024, 08:40

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan Silahlı Qüvvələri yerli “Fatah-II” genişmənzilli reaktiv yaylım atəşi sisteminin uğurlu buraxılışını həyata keçirib.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bu buraxılışın məqsədi reaktiv yaylım atəşi sisteminin dizaynını, texniki parametrlərini və müxtəlif alt sistemlərini sınaqdan keçirmək olub. “Fatah-II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 kilometrə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi