hia.az
hia.az

“Eurovision 2024”ün rəsmi açılış mərasimi olub

82 dəfə baxılıb 6-05-2024, 09:09

“Eurovision 2024”ün rəsmi açılış mərasimi olub

İsveçin Malmö şəhərində "Eurovision 2024"ün rəsmi açılış mərasimi baş tutub.

"Firuzəyi xalça" tədbiri hər il “Eurovision” Mahnı Müsabiqəsinin canlı şouları həftəsinə start verir.

Sabah isə İsveçin Malmö şəhərində Eurovision 2024"mahnı müsabiqəsi start götürəcək.

Dünyanın ən böyük canlı musiqi tədbiri hesab edilən müsabiqəyə 37 ölkədən iştirakçılar qatılacaq.

68-ci dəfə keçirilən yarışın birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə mayın 9- keçiriləcək. Mayın 11-də final mərhələsi baş tutacaq.

Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

Müsabiqə 7, 9 və 11 may tarixlərində saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi