Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.
“Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, - deyə dövlət başçısı bildirib.
İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen altı ədəd F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını elan edib.