hia.az

Zakir Həsənov Qazaxıstana başsağlığı verdi

66 dəfə baxılıb 9-11-2024, 13:05

Zakir Həsənov Qazaxıstana başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlim-məşq uçuşları zamanı “Mİ-8” hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:

“Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi