hia.az
hia.az

Bakının məşhur məktəbinə direktor təyin olundu

69 dəfə baxılıb 10-10-2024, 14:48

Bakının məşhur məktəbinə direktor təyin olundu


Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib.

Bu vəzifəyə Aygün Mikayılova gətirilib.

Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb.


Məlumatı məktəbdən təsdiq ediblər.

Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Xatırladaq ki, məktəbin əvvəlki direktoru Sara Xanlarova bir müddət əvvəl çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

Xatırladaq ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.(Modern)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi