hia.az
hia.az

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

45 dəfə baxılıb 2-10-2024, 13:18

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğluya Vladimir Putinin fərmanı əsasında "Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" Aleksandr Nevski ordenini təqdim edib.

Təqdimat mərasimindən görüntüləri Rusiya mətbuatı bu gün yayıb.

P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-24-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, 2024-ci ilin sentyabr 1-dən Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə millət vəkili seçilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi