hia.az
hia.az

Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artıracaqlar

24 dəfə baxılıb 3-09-2024, 09:02

Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artıracaqlar

Finlandiya Rusiya ilə sərhəddə hasarın hündürlüyünü yarım metr artıraraq 3,5 metrə çatdırmağa qərar verib.

Bu barədə məlumatı Finlandiyanın Sərhəd Xidməti yayıb.

Bildirilir ki, xidmət 2026-cı ilin sonuna qədər şərq sərhədində 200 kilometr uzunluğunda istehkam inşa etməyi də planlaşdırır.

Eyni zamanda, tikanlı məftillərin daha sıx ediləcəyi qeyd olunub.

“Şərq sərhədində maneələrin quraşdırılması sərhədin təhlükəsizliyini artırır və genişmiqyaslı miqrasiyanın qarşısının alınması və nəzarət üçün zəruridir”, - xidmətin məlumatında qeyd olunub.

Xatırladaq ki, 200 kilometr Finlandiya-Rusiya sərhədinin ümumi uzunluğunun təqribən 15 faizini təşkil edir. Finlandiya hökumətinin məlumatına görə, ümumilikdə hasarın inşası 3-4 il və yüz milyonlarla avro vəsait tələb edəcək. Hazırlıq işləri 2023-cü ilin payızında başlayıb. Finlandiya rəhbərliyi Ukraynada münaqişə başladıqdan sonra Rusiya ilə sərhəddə hasarın inşası məsələsini müzakirə etməyə başlayıb.(Kommersant)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi