hia.az
hia.az

v“Məsud Pezeşkianın soyadını “yan” sonluğu ilə yazanlar bunu qəsdən edirlər!” - Çingiz Abdullayev

39 dəfə baxılıb 2-07-2024, 09:43

v“Məsud Pezeşkianın soyadını “yan” sonluğu ilə yazanlar bunu qəsdən edirlər!” - Çingiz Abdullayev

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq yazıçısı Çingiz Abdullayev İranda növbədənkənar prezident seçkilərinin 2-ci turuna keçən azərbaycanlı namizəd Məsud Pezeşkianla bağlı açıqlama verib.

Çingiz Abdullayevin sözlərinə görə, bəzi mətbuat orqanları və maraqlı qüvvələr Məsud Pezeşkianın soyadını bilərəkdən səhv yazırlar. Yazıçı həmin qüvvələri təxribatçı adlandırıb:

“Onun Azərbaycan soyadı belə yazılır - Pezeşkian. Bəziləri bilərəkdən onun soyadını “yan” sonluğu ilə yazır - Pezeşkiyan, lakin bu, qəsdən edilən təxribatdır. Onun atası azərbaycanlıdır. Məsud özü məşhur ürək cərrahıdır, iki dəfə İranın səhiyyə naziri, parlamentin vitse-spikeri vəzifələrində çalışıb, Təbriz Universitetinin prezidenti seçilib. Həyat yoldaşı və bir övladı avtomobil qəzasında dünyasını dəyişdikdən sonra bir daha evlənməyib və qalan üç övladını - iki oğlu və bir qızını tək böyüdüb. İran-Türkiyə Dostluq Cəmiyyətinin üzvü, Quran müəllimidir. Ümid etmək istəyirəm ki, o, İranda prezident seçkilərinin ikinci turunda qalib gələ biləcək”.

Xatırladaq ki, iyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçiriləcək.

İkinci tura keçən Səid Celili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri) prezidentlik uğrunda mübarizə aparacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi