hia.az
hia.az

"YouTube"da dəyişiklik - Bu videolara baxmaq mümkün olmayacaq

57 dəfə baxılıb 6-06-2024, 07:22

"YouTube"da dəyişiklik - Bu videolara baxmaq mümkün olmayacaq

"YouTube" yetkinlik yaşına çatmayan istifadəçilərin potensial təhlükəli məzmuna daxil olmasının qarşısını almaq üçün odlu silah videoları ilə bağlı siyasətini dəyişməklə bağlı qərar qəbul edib.

Lent.az-ın məlumatına görə odlu silahlarda qoruyucunu necə açmağı göstərən bütün videoların qadağan ediləcək, kustar üsulla hazırlanan silahlar, avtomat silahlar və səsboğucu kimi odlu silah aksesuarlarının göstərildiyi videolar 18 yaşdan yuxarı istifadəçilər üçün məhdudlaşdırılacaq.

"YouTube" həmçinin atəş edib-etməməsindən asılı olmayaraq əlində odlu silah olan şəxslərin yer aldığı canlı yayımlar da 18 yaşından aşağı olan şəxlər üçün qadağan edəcək.

Qeyd edək ki, dəyişikliklər iyunun 18-dən qüvvəyə minəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi