hia.az
hia.az

Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir

13 dəfə baxılıb 9-05-2024, 12:07

Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir


İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 may - Avropa Günü ilə bağlı təbrik mesajında qeyd olunub.

Bildirilib ki, beynəlxalq miqyasda və regionda baş verən müharibələr, toqquşmalar, terrorlar və iqlim dəyişikliyi kimi məsələlər bütün dünyada olduğu kimi, Avropada da sabitliyi təhdid edir.

Həmçinin qeyd olunub ki, hazırkı geosiyasi vəziyyətdə Avropa İttifaqı (Aİ) əməkdaşlığa töhfə verən addımlar atmalı, ədalətli siyasət yeritməlidir: “Bu, qitəmizin gələcəyi üçün hər zamankından daha vacibdir. Aİ ölkəmizlə əlaqələrinə zərbə vura biləcək siyasətdən imtina etməlidir. Bu, həyati əhəmiyyətli məsələdir. Aİ-nin ölkəmizə qarşı təcrid siyasəti qarşısında Türkiyə malik olduğu imkanlardan istifadə etməkdən çəkinməyəcək. Bir daha xatırlatmaq istəyirik ki, Türkiyə olaraq daha həmrəy Avropa üçün çalışmağa davam edəcəyik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi