hia.az
hia.az

Putin Şimali Koreyaya səfər edəcək

114 dəfə baxılıb 15-01-2024, 13:15

Putin Şimali Koreyaya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək.

Bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

“Vladimir Putin Pxenyana rəsmi səfərə dəvət edilib və ümid edirik ki, bu səfər baş tutacaq və Rusiya Prezidenti yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək”, - deyə Peskov qeyd edib. 

Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallarla razılaşdırılacaq. 

Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Hi hazırda Moskvada rəsmi səfərdədir. Onun Rusiyaya səfəri yanvarın 17-nə qədər davam edəcək.(“İnterfaks”)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi