hia.az
hia.az

Rusiya NATO ərazisinə hücum edəcək? - Yeni müharibənin SSENARİSİ

18 dəfə baxılıb 15-01-2024, 09:24

Rusiya NATO ərazisinə hücum edəcək? - Yeni müharibənin SSENARİSİ


Almaniya Müdafiə Nazirliyi NATO ilə Rusiya arasında 2025-ci ilin yayında başlaya biləcək mümkün müharibə ssenarisini hazırlayıb.

Bu barədə "Bild" nəşri yazıb.

Nazirlik bu ilin fevralında vəziyyətin gərginləşəcəyini gözləyir. Nəşrin yazdığına görə, qurum “addım-addım, aydan aya” Rusiya prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və hipotetik təcavüz zamanı NATO-nun özünü necə müdafiə etməyi planlaşdırdığını təsvir edən təlim ssenarisi hazırlayıb.

“Alliance Defense 2025” adlanan ssenari 2024-cü ilin fevralında Rusiyanın yeni səfərbərlik həyata keçirməsi və 200 min nəfəri orduya çağırması ilə başlayır. Daha sonra Rusiya qüvvələri Ukraynaya yaz hücumuna başlayır və iyun ayına qədər Ukrayna ordusunu geri itələyir.

İyulda Qərbə qarşı kiberhücumlar və hibrid müharibənin digər formaları başlayır. Rusiyanın öz ərazisində və Belarusda irimiqyaslı təlimlərə başlamaq üçün bəhanə etdiyi Baltikyanı ölkələrdə qarşıdurmalar başlayır. Oktyabrda Rusiya qoşunlarını və orta mənzilli raketlərini Kalininqrada yeridir. 2024-cü ilin dekabrından Belarus və Kalininqrad vilayəti arasında Suvalki dəhlizi ərazisində “sərhəd münaqişəsi” baş verir. ABŞ-da prezident seçkilərindən sonra yaranmış "müvəqqəti anarxiya"dan istifadə edir. Təsvir edilən ssenaridə Rusiya ilə NATO arasında müharibə 2025-ci ilin yayında başlaya bilər. 2025-ci ilin may ayında alyansın rəhbərliyi məhdudlaşdırma tədbirləri ilə bağlı qərar qəbul edir.

“X-ci gündə Bundesverin məxfi sənədinə əsasən, NATO-nun Baş Komandanı şərq cinahına 300 min əsgər, o cümlədən 30 min Bundesver əsgəri yerləşdirmək əmri verəcək”, - materialda deyilir.

Ssenari “X” günündən 30 gün sonra başa çatır. Almaniya hərbçiləri bu münaqişənin dəqiq nə ilə bitəcəyini açıqlamır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi