hia.az
hia.az

“Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq” - Ter-Petrosyan

92 dəfə baxılıb 27-09-2022, 11:38

“Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq” - Ter-Petrosyan


“Ermənistan çətin və ağrılı qərarlar qarşısındadır, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

Bu fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

“Bu, heç kimə xoş deyil, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”, - Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, əgər Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Eyni zamanda, Ermənistanın birinci prezidenti Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb.

Ter-Petrosyan deyib ki, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Bu kontekstdə o, Yaponiyanı misal çəkib.

"Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır", - deyə Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, hazırda Paşinyanın yerinə gələn hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi