hia.az
hia.az

Şinzo Abenin ölümü ilıə bağlı yeni detal üzə çıxdı

157 dəfə baxılıb 9-07-2022, 20:24

Şinzo Abenin ölümü ilıə bağlı yeni detal üzə çıxdı


Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin ölümü ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Xarici KİV xəbər verir ki, Abenin tibbi ekspertizasının yekunlaşdığı və ölüm səbəbinin müəyyən edildiyi bildirilib.

Yaponiya məhkəmə mənbələrindən əldə edilən məlumata görə, 41 yaşlı təcavüzkar Tetsuya Yamaqami ilk ifadəsində qətli niyə törətdiyini açıqlayıb.

Hücumçunun polis ifadəsini alan Yapon qəzetlərinin məlumatına görə, şübhəli şəxs hücumu Abeyə qarşı kinindən törətdiyini bildirib.

Xəbərə görə, təcavüzkarın anası Abenin dəstəklədiyi dini təşkilata üzv olub və pulunu itirib. Ailəsinin dağıldığını iddia edən hücumçu Abeni siyasi baxışlarına görə deyil, şəxsi səbəblərə görə öldürdüyünü etiraf edib.

Qeyd edək ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ötən gün odlu silahla qətlə yetirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi