hia.az

İranda limanda yanğın - 7 gəmi yandı

322 dəfə baxılıb 8-02-2022, 14:08

İranda limanda yanğın - 7 gəmi yandı

Bu gün 03:30 radələrində İranın cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda Nəxl-Təqi liman platformasında 7 kiçik tonnajlı gəmi yanıb.

Bunu İranın Əsəluyə rayonunun qubernatoru Əli Haşemi deyib.

Ə.Haşeminin sözlərinə görə, hadisə yerinə yanğınsöndürmə əməkdaşları cəlb olunsa da, gəmilər tamamilə yanıb. Lakin platformanın yanmasının qarşısı alınıb. Ümumilikdə dəyən xəsarət təxminən 500 milyard rial (təxminən 11,9 milyon dollar) civarındadır.

O bildirib ki, ümumilikdə Buşehr vilayətinin liman platformalarında saxlanılan kiçik tonnajlı gəmilərin sayının həddən çox olması təhlükə yaradır.

Yanğınla əlaqədar araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi