hia.az

Yeni nazir müavini kimdir? - DOSYE

135 dəfə baxılıb 4-03-2023, 23:18

Yeni nazir müavini kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olunub.

Umayra Tağıyeva bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi idi.

O, aprelin 3-ü 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis, 1993-2001-ci illərdə Hidrometeorologiya Xidmətində şöbə rəisi, 2001-2015 - ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə ETSN-nin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 03.04.2020-ci il tarixdən bu günədək Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adı, 22 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Ailəlidir, 1 övladı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi