hia.az
hia.az

Bu ölkə Rusiyadan qaz, neft və elektrik enerjisi almayacaq

141 dəfə baxılıb 21-05-2022, 13:47

Bu ölkə Rusiyadan qaz, neft və elektrik enerjisi almayacaq


Litva mayın 22-dən Rusiyadan qaz, neft və elektrik enerjisi almayacaq.

Parlamentinsesi.com “Delfi”yə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Daynüs Kreyvis bildirib.


“Bu, müharibə aparan Ukrayna ilə həmrəylimizin ifadəsidir. Biz Rusiya hərbi maşınının pulumuzun hesabına maliyyələşməsinə imkan verə bilmərik”, - nazir deyib.

Onun sözlərinə görə, sinxronizasiya uğurla başa çatdıqdan sonra ölkə tam enerji müstəqilliyinə nail olacaq və elektrik enerjisinə olan tələbatını öz yaşıl enerjisi hesabına ödəyəcək və ixrac edən dövlətə çevriləcək.

Kreyvis əlavə edib ki, Litva qazı ABŞ-dan alır. Ölkə öz enerjisini istehlak edir, həmçinin onu Avropa İttifaqı ölkələrindən alır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi