hia.az
hia.az

Mediada yayılan mənfi xəbərlər arasında lider olan tanınmışlar

515 dəfə baxılıb 5-10-2016, 14:27

Mediada yayılan mənfi xəbərlər arasında lider olan tanınmışlarAzərbaycan mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

parlamentinsesi.az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9669 xəbər yerləşdirilib. Bunlardan 289 xəbər mənfi, 10 xəbər müsbət və 9370 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Mətanət İsgəndərli (113 xəbər –müğənninin adının adam oğurluğunda hallanması, Çovdarovla əlbir olması iddiaları), Rəqsanə İsmayılova (72 xəbər – müğənninin musiqiçiyə pul atması, hədələməsi iddiaları), Aygün Bəylər (57 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər).

Müsbət xəbərlər isə Oksana Rəsulova, Məleykə Əsədova, Tarix Əliyev, Miri Yusif və Nigar Camala (2 xəbər – mükafata layiq görülmələri) məxsusdur.

Xəbər sayına görə sıralama:

Röya Ayxan 635 xəbər
Elza Seyidcahan 380 xəbər
İlhamə Quliyeva 304 xəbər
Aygün Kazımova 291 xəbər
Günay İbrahimli 258 xəbər
Abbas Bağırov 252 xəbər
Xatirə İslam 244 xəbər
Rəqsanə İsmayilova 232 xəbər
Mətanət İsgəndərli 218 xəbər
Nadir Qafarzadə 213 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 406 xəbər dərc edilib. Bu xəbərlərdən 388-i neytral, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Aygün Bəylər (11 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər), Rəqsanə İsmayılova (4 xəbər – müğənninin musiqiçiyə pul atması iddiaları) və Mətanət İsgəndərliyə (3 xəbər – müğənninin adının adam oğurluğunda hallanması) məxsusdur. Sentyabr ayında yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

İlhamə Quliyeva 21 xəbər
Aygün Bəylər 20 xəbər
Aygün Kazımova 18 xəbər
Alim Qasımov 16 xəbər
Röya Ayxan 15 xəbər
Faiq Ağayev 14 xəbər
Abbas Bağırov 13 xəbər
Flora Kərimova 12 xəbər
Tünzalə Ağayeva 11 xəbər
Nazpəri Dostəliyeva 10 xəbər

Sentyabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 70 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

Mənsum İbrahimov 8 xəbər
Ədalət Şükürov 5 xəbər
Əlikram Bayramov 4 xəbər
Elariz Məmmədoğlu 4 xəbər
Elza Seyidcahan 4 xəbər
Səməd Səmədov 3 xəbər
Lalə Məmmədova 3 xəbər
Abbas Bağırov 3 xəbər
Cavanşir Məmmədov 3 xəbər
Elnarə Xəlilova 2 xəbər


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi