hia.az
hia.az

Paşinyandan yeni addım - Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

70 dəfə baxılıb 8-05-2024, 09:31

Paşinyandan yeni addım - Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə milli dəyərlərin yeni siyahısını dərc edib.

Paşinyanın siyahısında “Erməni Apostol Müqəddəs Kilsəsi, Erməni Katolik Kilsəsi, Erməni Yevangelist Kilsəsi” yer alıb.

"Sputnik Armenia" yazır ki, beləliklə, o, katolik və yevangelist kilsələrini erməni apostol kilsəsi ilə eyniləşdirib.

"Yeri gəlmişkən, Ermənistan Konstitusiyasının 8.1-ci maddəsində açıq şəkildə qeyd olunub ki, Ermənistan Respublikasında kilsə dövlətdən ayrılıb və Ermənistan Respublikası Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna milli kilsə kimi erməni xalqının mənəvi həyatında, onun inkişafı məsələsində milli mədəniyyət və milli kimliyin qorunub saxlanması missiyasını tanıyır”, - deyə "Sputnik Armenia" Paşinyanın paylaşımına şərh verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi