hia.az
hia.az

Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu

58 dəfə baxılıb 8-05-2024, 14:06

Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu


“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.

Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Şirkətin səlahiyyətli nümayəndəsi Oxu.az-a qiymətin qalxması faktını təsdiqləyib. Onun sözlərinə görə, qiymət 10% yox, 9% qalxıb.

Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.

“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.

İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 1 iyul 2024-cü il tarixindən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, - deyə açıqlamada qeyd olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi