hia.az

"Tünzalə Ağayevaya qulaq asanda ətim ürpənir" - Kərim

351 dəfə baxılıb 30-05-2022, 14:53

"Tünzalə Ağayevaya qulaq asanda ətim ürpənir" - Kərim


Müğənni Kərim Abasov həmkarı Türkan Vəlizadəni müdafiə edib.

O, Xalq artisti Tünzalə Ağayeva və Əməkdar artist Sevda Ələkbərzadənin Türkanı tənqid etməsinə münasibət bildirib. "Şourum"a açıqlama verən Kərim Tünzaləni bəyənmədiyini deyib:

"Türkan öz janrında oxuyur, durub, onu vuraq? "Məndən yoxdur, oxumağım birnömrədir" demək nəyə lazımdır? Sevda və Tünzalə xanım kimi ifaçılar çox olsaydı ortada onlar görünməzdilər. Sevinsinlər ki, Türkan və başqaları var, onlar da seçilir. Sevda Ələkbərzadənin ifasına saatlarla qulaq asaram. Amma Tünzalə Ağayevanın mahnısına qulas asa bilmərəm, əsəblərim gərginləşir. Zövqümdə deyil. Bir mahnısına qulaq asanda yoruluram, tez dəyişirəm. Burnunda etdiyi boğazlar mənə qıcıq verir. Ona qulaq asanda ətim ürpənir, deyirəm, yenə? Neçə ildir dərs alıb, amma vurduğu boğazları düzəltməyib. Kiminsə ifasına "faciə" deyirsənsə, mən də bu sözü deyirəm. radioda belə səslənəndə dəyişirəm, əsəblərimə toxunur".

Qeyd edək ki, Tünzalə Türkanın ifasını "faciə" adlandırmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi