hia.az

Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib

1 dəfə baxılıb Bu gün, 17:13

Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib

Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib.

Bu barədə Baş nazir Əli Əsədov "Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 5 yanvar tarixli qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, xidmət haqqının miqdarı Azərbaycan ərazisində keçirilən respublika səviyyəli idman tədbirləri zamanı günlük 50 AZN, Azərbaycan ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirlər zamanı isə günlük 100 manatdır.

Hakimlər briqadasının üzvləri və yarışların baş katibinin xidmət haqqı isə müvafiq olaraq 25 və 50 manat müəyyənləşib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi