hia.az

Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər

8 dəfə baxılıb Bu gün, 08:16

Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Floridada Amerikalı liderin Mar-a-Laqodakı iqamətgahında keçirdikləri görüşdə Ukrayna münaqişəsinin nizamlanmasını və İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Ağ Evin yaydığı birgə bəyanatda bildirilib.

"Görüş çox məzmunlu olub. Əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi, İrandakı münaqişə, həmçinin Haaqa və Ankarada keçirilən sammitlərdə birlikdə əldə etdiyimiz rekord nailiyyətlər olub", – deyə bəyanatda qeyd olunub.

Tramp və Rütte Rusiyanın müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək hər hansı addım atmasının qarşısının alınmasının, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmaya nail olmağın vacibliyini də müzakirə ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi