hia.az
hia.az

Xədicə Sənanqızı: Ərimlə ayrılanda mülk davası etmədim – VİDEO

533 dəfə baxılıb 15-10-2016, 16:43

Xədicə Sənanqızı: Ərimlə ayrılanda mülk davası etmədim – VİDEO“Bu gün həyatda təkəm. Baxmayaraq ki, qardaşlarım, sevdiyim peşə, dostlarım var. Amma evə gələndə valideynlərin rəsmini görür, geyimlərini iyləyirsən”.

parlamentinsesi.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Xədicə Sənanqızı ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişində deyib.

Dünyasını dəyişən valideynlərini xatırlayan aparıcı onlar üçün darıxdığını bildirib:

“Hərdən düşünürsən ki, onlarla həyatda bir də görüşməyəcəksən. Anamı itirdim, bir ildən sonra atamı itirdim. Mənim üçün o qədər yaralı bir mövzudur ki... Heç bir valideynə balasını itirməsini arzulamıram. Hələ valideyn deyiləm, amma ananın övlad üçün nələr çəkdiyini başa düşürəm”.

X.Sənanqızı ayrıldığı həyat yoldaşı ilə bağlı sualları da cavablandırıb:

“Qadın xoşbəxtliyi övladlar, həyatını paylaşacaq birinin olmasıdır. Mən güclü qadın olmaqdan yoruldum. Amma kiminsə baxışı sənə xoş olsun deyə, üzük taxıb, ailə qurmaq istəməmişəm. Həyatımda mənə layiq olacaq, bir-birimizi başa düşəcəyimiz biri olmalıdır. Tək özümü yox, qarşı tərəfi də düşünürəm. Əgər eqoist olsaydım, həyat yoldaşımdan ayrılmazdım. Onun da xoşbəxt olmaq haqqı var. Heç kim mənim həyatımı yaşamayıb. Ona müdaxilə etməyə kiminsə haqqı yoxdur.

22 yaşımda ərə getdim. Məncə bu erkən idi. Azərbaycan ailələri düşünür ki, bu yaş həddi normaldır, hətta gecikmisən. Ailəliyimiz az davam etdi. Bu günə kimi davam etdirə bilərdim, amma niyə? İndi heç bilmirəm nə edir, məni maraqlandırmır. Övladımız da yoxdur ki, onun üzərində münasibət quraq. Mən qürurlu insanam, heç bir mal-mülk davası etmədim. Evim, avtomobilim var. Heç kim deyə bilməz ki, Xədicəyə bunu mən etdim”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi