hia.az
hia.az

Bu rayonların işığı SÖNƏCƏK

12 dəfə baxılıb 6-05-2024, 09:50

Bu rayonların işığı SÖNƏCƏK

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətləri təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar bu gün saat 10:00-dan 15:00 kimi Yardımlıda Bilnə və Astanlı kəndlərində, saat 10:00-dan 12:30-dək Biləsuvar rayonunun bir hissəsində, saat 10:00-dan 12:00 kimi və 12:30-dan 15:00-dək Lənkəran şəhərinin bir hissəsində, Rvo, Şovu, Vel, Siyavar, Şağlaser, Cil, Xarxatan kəndlərində, saat 10:00-dan 13:00-dək Lerikin Siyov, Biləvər, Lərmərud kəndlərində enerji verilişində fasilə yaranacaq.

Bundan başqa, bu gün saat 10:00-dan saat 12:00-dək Cəlilabadın Cəngan, Lallar, Edişə, Soltankənd, Tahirli kəndlərində, saat 12:30-dan saat 15:00-dək Masallı Böyük Xocavar, Banbaşı, Qızılağac, Viləş, Öncəqala, Bədəlan, Hişkədərə kəndlərində də enerji verilişində fasilə yaranacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi