hia.az
hia.az

Rusiya-Ukrayna müharibəsində “bıçaq sümüyə dirənib” – Qalib kim olacaq?

78 dəfə baxılıb 4-05-2024, 13:56

Rusiya-Ukrayna müharibəsində “bıçaq sümüyə dirənib” – Qalib kim olacaq?

Ukrayna-Rusiya cəbhəsi dünyanın ən qaynar bölgələrindəndir. Fevralın 24-də bu müharibənin ikinci ili tamam oldu.

Maraqlıdır, Qərbin və ABŞ-ın Ukraynaya edilən yardımlarla Rusiyanı çökdürmək planı işə yarayacaqmı? Bu müharibənin sonu necə olacaq?

Məsələyə münasibət bildirən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Bizim.Media-ya bildirib ki, Qərbin əsas mövqeyi Ukraynanın məğlubiyyətinə imkan verməməkdir:

“Bu mövqeyin dəyişməsi barəsində heç bir bəyanat eşitməmişəm. Bütün diqqət Ukraynanın müdafiəsinə yönəlib. Müdafiənin gücləndirilməsi, silahların artması inanmıram ki, vəziyyəti ciddi dəyişsin.

Hansısa mərhələdə müvəqqəti atəşkəs rejiminin bərqərar olması real görünür. Çünki bəllidir ki, nə Rusiya Ukraynanı məğlub edə bilər, nə də əksinə.

Atəşkəslə bağlı müxtəlif yerlərdən edilən təkliflər heç bir nəticə vermir. Səbəblər isə fərqlidir. Ancaq şəxsən ayrı yol görmürəm. İndiki mərhələdə tərəflərin öz məqsədlərinə çatmaq üçün real imkanları yoxdur. Bunu hərbi baxımdan deyirəm. Kimin haqlı olub-olmaması önəmli deyil”.

Bizim.Media


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi