hia.az
hia.az

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

93 dəfə baxılıb 6-05-2024, 12:08

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Heyvanlarla məsuliyyətli davranış haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanılması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində qanunvericilik sistemində yeni təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarla davranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun daha da artırılması ilə əlaqədar iştirakçıların fikirləri dinlənilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi