hia.az
hia.az

“Qarabağ”ın futbolçusunun Super Liqa klubuna keçidi baş tutmadı

103 dəfə baxılıb 26-07-2023, 10:05

“Qarabağ”ın futbolçusunun Super Liqa klubuna keçidi baş tutmadı

“Qarabağ”ın futbolçusu Kevin Medinanın Türkiyənin “Rizespor” klubuna keçidi baş tutmayıb.

Kolumbiyalı oyunçu baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi ilə son danışıqların ardınca getmək fikrindən daşınıb.

Daha əvvəl Super Liqanın yeni iştirakçısının onunla anlaşdığı bildirilib. Əslində, cəlbedici maliyyə təklifi 30 yaşlı müdafiəçinin ürəyincə olub. Ancaq son müzakirələr onun “atlılar”la yola davam etməsi ilə nəticələnib.

Eyni zamanda “Rizespor” da məsələnin çox uzanması səbəbindən keçidin reallaşması üçün əvvəlki qədər canfəşanlıq göstərməyib.
Xatırladaq ki, Medina 2020-ci ilin yayında Portuqaliyanın “Şaveş” klubundan “Qarabağ”a keçib və onun klubla hələ ikiillik müqaviləsi var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi