hia.az

“Qarabağ” və “Sabah” avrokubok oyunları üçün səfərə yollandılar - FOTO

129 dəfə baxılıb 25-07-2023, 12:41

“Qarabağ” və “Sabah” avrokubok oyunları üçün səfərə yollandılar - FOTO

Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” və “Sabah” səfər oyunları üçün yola düşüblər.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la qarşılaşacaq “Qarabağ” Polşaya gedib.

Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

İyulun 26-da keçiriləcək “Rakuv” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində RFŞ-lə qarşılaşacaq “Sabah” Latviyaya yollanıb. Bu komandaların ilk oyunu sabah baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi