hia.az
hia.az

“Facebook” müdafiəsini gücləndirib

520 dəfə baxılıb 5-10-2016, 11:48

“Facebook” müdafiəsini gücləndiribSosial şəbəkə, hüquq-mühafizə və ya kəşfiyyat xidməti əməkdaşları bu funksiyanın yardımı ilə göndərilən ismarıclara giriş əldə edə bilməzlər.

“Facebook” sosial şəbəkəsi yazışmaların müdafiəsini gücləndirib və yeni funksiyanı təqdim edib.

parlamentinsesi.az RİA Novosti-yə istinadən xəbər verir ki, yeni funksiya “Secret Conversations” (“Gizli söhbətlər”) adlanır, bu ismarıcların şifrələnmiş şəbəkəsidir.

Portalın məlumatına görə, istifadəçilər öz ismarıclarını şifrələyə bilərlər, bu ismarıcları yalnız iki adam - göndərən və bunu alan adam oxuya bilər. Şifrələmə sistemi “end-to-end” adlanır.

Sosial şəbəkə, hüquq-mühafizə və ya kəşfiyyat xidməti əməkdaşları bu funksiyanın yardımı ilə göndərilən ismarıclara giriş əldə edə bilməzlər.

Bundan başqa, istifadəçilər “şifrələnmiş” ismarıclar üçün beş dəqiqədən 1 günə qədər saxlama müddəti də tətbiq edə bilərlər. Bu müddətdən sonra ismarıclar avtomatik olaraq silinəcək.

“Facebook” nümayəndəsi portala bildirib ki, bu funksiyaya proqramın son versiyasını yükləyən 900 milyon sosial şəbəkə istifadəçisinin çıxışı var. Proqrama “Android” və “iOS” sistemlərində çıxış var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi