hia.az
hia.az

Adrian Mutu: “Qarabağ”la oyuna hazırıq”

110 dəfə baxılıb 7-10-2023, 10:21

Adrian Mutu: “Qarabağ”la oyuna hazırıq”


“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Rumıniyalı mütəxəssis klubun televiziyasına açıqlamasında görüşə hazır olduqlarını söyləyib:

“Qarabağ”la oyuna hazırıq, məşqlər yaxşı gedir. Bizi necə oyunun gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Komandada bəzi oyunçular var ki, onlardan gözləntilərimiz böyükdür, daha faydalı ola bilərlər. Bunun üçün vaxt lazımdır”.

Mutu zədədən yeni qayıdan Eddi İsrafilovun son durumundan da söz açıb:
“Eddi İsrafilov bir neçə dəqiqə oynaya bilər. Bu görüşə tam hazır olmasa da, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra tam qayıdacaq. O, bizim üçün vacib oyunçudur və ona böyük hörmətim var. “Qarabağ”la oyunda əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq. İnanıram ki, azarkeşlər də öz dəstəklərini göstərəcəklər”.

Oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Qarabağ” oyunu saat 19:30-da start götürəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi