hia.az

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

18 dəfə baxılıb 26-01-2026, 13:27

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb.

Matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

Qeyd edək ki, yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi