hia.az

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq edilib

17 dəfə baxılıb 26-01-2026, 15:38

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq edilib


Prezident İlham Əliyev "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və "Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında" 9 iyul 2024-cü il tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sisyemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və "Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri"nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.

Nazirlər Kabineti isə fərmandan irəli gələn məsələləri həll etməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi