hia.az

Dövlət Komitəsi mina təhlükəsinə dair yeni maarifləndirici çarx hazırlayıb - VİDEO

22 dəfə baxılıb 23-01-2026, 15:05

Dövlət Komitəsi mina təhlükəsinə dair yeni maarifləndirici çarx hazırlayıb - VİDEO


İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə diqqəti artırmaq məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə maarifləndirici videoçarx hazırlayıb.

Bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Videoçarxda azad edilmiş ərazilərdə yaşayan uşaqların çərpələng uçurarkən xarabalıq bir ərazidə mina təhlükəsi ilə qarşılaşması təsvir edilir. Müvafiq nişan onları təhlükə olan yerə keçməkdən çəkindirir.

Layihənin əsas məqsədi sakinlərin, xüsusilə də uşaqların mina və partlamamış sursatlarla bağlı risklərdən xəbərdar olmasını təmin etmək, onlara təhlükəli ərazilərdən uzaq durmağın vacibliyini çatdırmaqdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi